"8 ildən sonra Lənkəranda qələbə qazandığımız üçün çox sevinirəm”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli səfərdə "Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
"Ağ-qaralar"ın üzvü komanda şəkilində qalib gəldiklərini və ikinci qolu vuraraq, qələbədə payı olduğu üçün sevindiyini bildirib: "Mən sağ cinahda çıxış edirəm. Amma "Xəzər Lənkəran”la oyunda mərkəzdə oynayırdım. Əvvəllər də bu mövqedə mübarizə aparmışdım. Az-çox məlumatım var idi. "Xəzər Lənkəran”la oyunda mərkəzdə oynamaq mənim üçün çox çətin idi. Amma bunun öhdəsindən gəlməyə çalışırdım. İkinci hissədə bəzi dəyişikliklər oldu. Bu dəyişikliklər mənim öz mövqeyimə çəkilməyimə imkan yaratdı. Qələbə qazandıq. Bundan sonra daha yaxşı oynayıb, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Komanda yoldaşlarımı təbrik edirəm. Layiqli qələbə qazandıq.”
Muradbəyli 75-ci dəqiqədə "Xəzər Lənkəran”ın qapısına vurduğu qolu karyerasının ən vacib qolu olduğunu bildirib: "Çox istəyirdim ki, "Xəzər Lənkəran”a qol vurum. Çünki hamı "Neftçi” və "Xəzər Lənkəran” arasında baş verən intriqdan xəbərdardır. Belə oyunda komandama kömək etmək mənim borcumdur. Mən belə düşünürəm. İlk oyunda penalti epizodu yaratsam da, qol istəyimi reallaşdıra bilməmişdim. Amma istəyimə çatdım və borcumu yerinə yetirdim.”
Muradbəyli klubda baş verən məşqçi dəyişikliyjk barəsində də danışıb: "Hər iki məşqçi – Samir Əliyev, Əsgər Abdullayev kimi "Neftçi”də tarix yazmış məşqçilərlə işləmək mənim üçün böyük şərəfdir. Bizim işimiz meydanda can qoyub mübarizə aparmaqdır.Mən məşqçiıəri müqayisə edə bilmərəm”.