28 Sentyabr 2024
Kateqoriyasız

“Qəbələ” bu xəbərlə sarsıldı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da səfərdə PAOK-un qonağı olacaq “Qəbələ” bu oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın aparıcı üzvü Dodo Yunanıstanda meydana çıxa bilməyəcək. Buna səbəb braziliyalı futbolçunun zədəli olmasıdı. “Sambaçı” hazırda vətənində müalicə olunur.

Zədədən əziyyət çəkən digər futbolçular – Dmitri Bezotosnı, Sergey Zenyov və Ermin Zets isə komanda ilə məşqlərə qoşulub. Lakin onların noyabrın 26-da PAOK-la görüşdə iştirak edib-etməyəcəyi hələ ki, dəqiqləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43