Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə,İK Azərbaycan Premyer Liqasının 13-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Azərbaycan Premyer Liqasının XIII turunun “Sumqayıt” – “Qəbələ” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XIII turunun “Rəvan” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XIII turunun “İnter” – AZAL matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“İnter” klubunun oyunçusu Nizami Hacıyev meydançaya protokolda qeyd olunduğu 8 №-li forma əvəzinə 80 №-li forma ilə çıxıb. Oyunun 12-ci dəqiqəsində hakimin göstərişi ilə formasını dəyişib.
Bununla əlaqədər olaraq İntizam Komitəsi “İnter” klubunun yuxarıda göstərilmiş hadisəyə cavabdeh olan şəxslərinin işinə daha məsuliyyətlə yanaşmasını tələb edib.