“Bu cür meydançada baxımlı oyun sərgiləmək çox çətindir. Əgər penaltidən yararlana bilsəydik, hadisələrin axarı başqa cür olacaqdı”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze “Kəpəz”lə oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
Qazanılan bir xalın qaneedici olduğunu bildirən gürcüstanlı mütəxəssis klubda maddi durumun tədricən qaydasına düşdüyünü qeyd edib: “Ümumi götürsək, hər iki komanda döyüşdü. Səfərdə qazanılan xalı pis nəticə hesab etmirəm. Klubda maliyyə durumu normallaşır. Futbolçular sentyabr və oktyabr ayları üçün nəzərdə tutulan maaşlarını alıblar, digər ayların maaşları da vaxtında ödəniləcək”.