23 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”da böyük ayrılıq: Kapitan da “gedirəm” dedi

Rahid Əmirquliyev “Xəzər Lənkəran”dan ayrılır.

İdmanxeber.com-un məlumatına görə, kapitan Cənub klubunun formasını bir neçə oyun geyindikdən sonra qış “transfer pəncərəsi”ndə komanda ilə yollarını ayıracaq. Bu barədə Rahid özü açıqlama verib:

“Bizə dünən dedilər ki, qışdan etibarən azad agentsiz. İndi də gedə bilərəm. Ancaq mən dekabra kimi qalıb, ondan sonra getmək istəyirəm”.

Qeyd edək ki, daha öncə Rasim Ramaldanov XL-dən ayrılan futbolçu olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43