Bu gün tanınmış iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun 51 yaşı tamam olur.
“Baghlan group” şirkətlər qrupunun da sahibi olan H.Məmmədov özünün yüksək insani keyfiyyətləri, xeyirxahlığı ilə ad çıxarıb. O, Azərbaycan futbolu üçün də yetərincə iş görüb, “Bakı” futbol klubunu yaradıb, Azərbaycanda ilk uşaq futbol akademiyalarından birinin təməlini qoyub.
O, Azərbaycanın xaricdə təbliğatı istiqamətində də böyük işlər görüb. H.Məmmədovun birbaşa təşəbbüsü və maliyyə dəstəyi ilə bu ilin ortalarına qədər “Land of fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) Avropada brendə şevrilib. Bu layihəyə uyğun olaraq, Madridin “Atletiko”, sonradan isə Fransanın “Lans” klubları oyunlara üzərində “Land of fire Azerbaijan” sözləri yazılan formalarla çıxıb.
Hafiz Məmmədovu doğum günü münasibəti ilə təbrik edirik, ona möhkəm cansağlığı, işlərində uğurlar arzulayırıq.