Qələbəyə görə çox şadam, amma bizim üçün ağır oyun oldu. Yaxşı ki qələbə qazandıq”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Azərbaycan kubokunun 1/8 finalında “Turan Tovuz”a qalib gələrək (3:1)
növbəti mərhələyə adladıqları oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.
“Bu oyundan sonra “Qarabağ”ı düşünməyə başlayırıq. Heyətlə bağlı problemlərimiz var. Bütün bunlara baxmayaraq, növbəti görüşləri düşünməliyik” – deyə o əlavə edib.