FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, açıqlanan yeni siyahıda Azərbaycan milli komandası 2 pillə geriləyib.
Beynəlxalq yoldaşlıq görüşündə Moldovaya qalib gəlməklə (2:1) aktivinə 3 xal yazan yığmamız hazırda 296 xalla 117-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya Belçika başçılıq edir. Argentina millisi ikinci, İspaniya isə üçüncü pillədə qərarlaşıb.