Azərbaycan kubokunun 1/8 final mərhələsində Gəncənin “Kəpəz” klubunu minimal hesabla məğlub edərək növbəti mərhələyə yüksələn “ Xəzər Lənkəran” Lənkərandakı bazasında məşqlərini davam etdirir.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qəbələ”ni qəbul edəcək Xəzər Lənkəran” bu matça ciddi itkilərlə çıxacaq. Belə ki, Elşən Rzazadə cəzalı, Kazım Kazımlı və İlyas Səfərzadə isə zədə səbəbindən oyunu buraxmalı olacaqlar. Bu səbəbdən məşqçilər korpusu əvəzedici heyətin və uşaq akademiyasının 6 futbolçusunu əsas heyətlə birgə məşqlərə dəvət edib. Sabahkı görüşdə akademiyanın bir neçə futbolçusunun əsas heyətdə ilk dəfə debüt edəcəyi gözlənilir.