“Biz komanda olaraq bütün oyunlara eyni cür hazırlaşırıq. Yəni futbolçular yenə qələbəyə istəklidirlər. İndi məqsədimiz qış fasiləsinə kimi qalan dörd oyunda qələbə qazanmaqdı. Maksimum nəticəyə nail olmaq üçün meydana çıxacağıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Budaq Nəsirov Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sumqayıt”la oyun öncəsi klubun saytına deyib.
O bildirib ki, bu matç bizim üçün uğurlu başlanğıc olmalıdır:
B.Nəsirov komandada itkilərə baxmayaraq hər bir futbolçunun yerinin dolduğunu deyib:
“Kiminsə yoxluğu oyunumuza təsir etmir. Oyunçulardan kimsə oyunu buraxırsa, heyətdə onu əvəz edən olur. Amma hər bir itki bizim üçün ağırdır, istəməzdik ki, hansısa futbolçu cəza və ya zədə səbəbindən matçı buraxsın, komandadan kənarda qalsın.
Mənim üçün “Kəpəz”də oynamaq nəyə desəz, dəyər. Bura hansı klubdan gəlməyimin fərqi yoxdur. Əsas odur ki, bu gün harada çıxış edirəm və hansı komandanın şərəfini qoruyuram. Klubdakı durumumdan razıyam, belə olmasaydı, “Kəpəz”də olmazdım”.