“Baş vermiş hadisə ilə bağlı başsağlığı verirəm. Ümumilikdə pis oynadıq. Xüsusilə də ötürmələrdə xeyli bəsir səhvlərə yol verdik”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 15-ci turunda “Qarabağ”a məğlub olan (0:1) “İnter”ın baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sözlərinə belə davam edib:
“İkili mübarizələrə girməkdən çəkindik. “Qarabağ”a qarşı mübarizədən qaçırsansa, qələbə qazana bilməzsən. Klub prezidenti ilə bağlı məlumatları bilirik. Bizə deyiblər ki, qalıb işləyəcəyik. Yeqin ki, qarşıdakı bir həftə ərzində taleyimizə tam aydınlıq gətiriləcək”