Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Anderlext” Belçika çempionatında növbəti oyununa çıxıb.
İdmanxeber.com-un məlumatına görə, komanda səfərdə “Genk”in qonağı olub. Oyunda qapılara qol vurulmayıb – 0:0.
Bununlada xal ehtiyatını 33-ə çatdıran “Anderlext” 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” qrupda son oyununu dekabrında 10-da Brüsseldə “Anderlext”ə qarşı keçirəcək.