Premyer Liqanın XVI turunda “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” bu matça ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, ötən gün keçirilən “Xəzər Lənkəran” – “Qəbələ” (0:1) matçında sarı vərəqə alan Elvin Camalov cəzalı duruma düşüb. Belə ki, bu onun cari mövsümdə 4-cü sarı vərəqəsi olduğundan “Neftçi” ilə matçı buraxmalı olacaq.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçı dekabrın 13-də keçiriləcək.