Avropa Liqasının qrup mərhələsinin son turunda keçiriləcək “Qəbələ” – “Krasnodar” matçının hakimləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, matçı rumıniyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim: İstvan Kovaks (Rumıniya)
Köməkçilər hakimlər: Miklos İstvan Nagi, Vasile Florin Marinesku (hər ikisi Rumıniya)
Əlavə köməkçi hakimlər: Pavel Kristian Balaj, Marius Avram (hər ikisi Rumıniya)
Dördüncü hakim: Mihai Ovidiu (Rumıniya)
Qeyd edək ki, dekabrın 10-da “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Krasnodar” oyunu saat 22:00-da başlayacaq.