Azərbaycan Premyer Liqasının XVI turunun iki oyunu canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, dekabrın 11-də baş tutacaq “Kəpəz” – “Rəvan” qarşılaşması saat 14:00-dan etibarən CBC Sport vasitəsi ilə canlı yayımlanacaq.
Bu matçdan 30 dəqiqə sonra start götürəcək “İnter” – “Sumqayıt” (saat 16:30) qarşılaşması da CBC Sport-un canlı yayımında olacaq.
Hələlik digər matçların canlı yayımlanıb-yayımlanmayacağı bəlli deyil.