Bu gün futbol üzrə Türkiyə Kubokunun qrup mərhələsinin püşkü atılıb.
İdmanxeber.com-un məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka”nın da rəqibləri bəlli olub.
Beləliklə Kamran Ağayevli “Karşıyaka” E qrupunda “Qalatasaray”, “Akhisar” və “Kastamonuspor”la mübarizə aparacaq.
E Qrupu: “Qalatasaray”, “Akhisar”, “Karşıyaka”, “Kastamonuspor”