05 Fevral 2025
Kateqoriyasız

“Bakı”nın oyununun hakimləri müəyyənləşdi

Azərbaycan birinci divizionunun XIII turunun sabah keçiriləcək “Bakılı” – “Bakı” oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma Ramil Diniyevə həvalə olunub. Ona Rza Məmmədov, İsgəndər Əliyev köməklik edəcək. Dördüncü hakim funksiyasını  Ramiz Məhərrəmov yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43