Premyer Liqada turnir cədvəlində son pillədə qərarlaşan artıq indidən qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
İdmanxeber.com-un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Bəhman Həsənov AZAL-la oyundan sonra açıqlamasında bildirib. Onun sözlərinə görə, qış pəncərəsində heyətə yerli futbolçularla yanaşı, 4 legionerin də transferi planlaşdırılır. Çalışdırıcı həmin adları açıqlamasa da, futbolçuların Portuqaliya, Serbiya və Bosniya və Hersoqovinadan olduğunu bildirib. Həsənov əsasən diqqətin hücum xəttinin gücləndirilməsinə verəcəklərini də dilə gətirib.