05 Fevral 2025
Kateqoriyasız

Millimizin məşqçiləri I Divizion matçında (FOTO)

Bu gün Azərbaycan I Divizionunun XIII tura start verilib. 

İdmanxeber.com-un məlumatına görə, “Bakılı” evdə “Bakı”nı qəbul edib və rəqibinə qalib gəlib – 3:1.

“İnter Arena”nın 4-cü meydançasında baş tutan qarşılaşmanı 21 yaşlı futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadə, U-19 yığmamızın qapıçı məşqçisi Rauf Mehdiyev və MOİK-ə yenicə baş məşqçi təyin olunan Müşviq Qənbəro tribunadan izləyib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43