05 Fevral 2025
Kateqoriyasız

“Anderlext”in “Qarabağ”la oyun öncəsi 3 problemi

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Anderlext” bu oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Belçika nəhənginin heyətində Stiven Defur cəza səbəbindən “Qarabağ”a qarşı çıxış edə bilməyəcək. 27 yaşlı yarımmüdafiəçini Leander Dendokerin əvəzləməsi gözlənilir. Lakin bu futbolçunun da “Qarabağ”a qarşı oynaması sual altındadır. Çünki xeyli müddət zədəli olan 20 yaşlı xavbek yenicə məşq etməyə başlayıb və fərdi qaydada hazırlaşır. Ona görə də Dendokerin “Qarabağ”la oyuna qədər tam hazır olacağı gözlənilmir.

“Anderlext”in digər zədəlisi isə komandanın aparıcı üzvlərindən olan Frank Açemponqdu. 22 yaşlı qanalı hücumçu məşqlərin birində dizindən zədələnib. Forvard “Monako” ilə səfər matçında da komandasının qolunu vurmuşdu.

Qeyd edək ki, “Anderlext” – “Qarabağ” matçı dekabrın onu saat 00:05-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43