UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Belçikada keçirləcək “Anderlext” – “Qarabağ” oyunda təhlükəsizlik tədbirləri yüksək səviyyədə olacaq.
İdmanxeber.com məlumatına görə, “Anderlext” klubunun rəhbərliyi azarkeşlərindən oyunun keçiriləcəyi arenaya çanta və paketlər gətirməməyi xahiş edib. Həmin gün oyunu izləməyə gələnlər bir-bir yoxlanılacaq. Məhz buna görə də, oyunun başlamasına ən azı 2 saat qalmış stadionun qapıları tamaşaçıların üzünə açılacaq.
Xatırladaq ki, oyun dekabrın 10-da, Bakı vaxtı ilə saat 00:05 keçiriləcək.