“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Anderlext”lə matç öncəsi iddialı danışıb.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun çalışdırıcısı Brüsselə yollanmamışdan öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açıqlama verərək, səfər matçı haqda fikirlərini bildirib:
“Səfərdə oynamağımıza baxmayaraq, öz oyunumuza sadiq qalacağıq. Ümidimiz var. Rəqib hər nə qədər güclü olsa da, biz qələbə haqda düşünürük. Zədəli olan Ansi Aqolli “Anderlext”lə matçda iştirak etməyəcək. Digər zədəli olan Riçard Almeyda isə oynamasında hər hansı bir problem yoxdu”.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da, Bakı vaxtı ilə 00:05-də start götürəcək.