Kamran Ağayev Türkiyənin "Karşıyaka" klubu ilə yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri "Fanatik" yayıb.
Xəbərdə bildirilir ki, 29 yaşlı qolkiper klubdan alacağı 35 min dollardan imtina edərək İzmir təmsilçisindən ayrılıb. Onun Premyer Liqa klublarımızdan birinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, qapıçı "Karşıyaka"da oynadığı 13 matçda 20 qol buraxıb.