"Oynayıb-oynamayacağımı dəqiq bilmirəm. Baş məşqçi şans versə, meydana çıxmağa hazıram".
İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Ürfan Abbasov deyib.
"Qırmızı-qaralar"ın üzvü "Krasnodar"ın hücum xətti haqda da dnaışıb:
"Krasnodar"ın oyununu analiz etmişik. Rəqibin oyunçuları əks-hücumlarda təhlükəlidirlər. Diqqətli oynamalıyıq. Rəqibin xüsusilə hücum xətti xoşuma gəlir".