“Qarabağ”la oyun karyeramın ən önəmli matçı olacaq. Bu görüşdə ilk öncə qapımızın toxunulmazlığını qorumalıyıq. Ancaq müdafiə olunmaqla qələbə qazanmaq çətindir. Qalib gəlmək üçün mütləq qol vurmalıyıq. Lakin 3 qol vurmağımıza ehtiyac yoxdur”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin son turunda evdə “Qarabağ”ı qəbul edəcək “Anderlext”in müdafiəçisi Mboci Kara deyib.
Futbolçu “Qarabağ”la baş tutacaq axşamkı oyun haqda danışarkən daha sonra sözlərinə belə davam edib:
“Hər şey öz əlimizdədir. Əgər “Qarabağ”ı məğlub etsək, Avropa Liqasında yolumuza davam edəcəyik. Bilirəm ki, məndən qol vurmağımı gözləyirlər. Ancaq mənim ilk işim müdafiədə komandama kömək etməkdir”.