“İnter”in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”a 2:3 hesabı ilə uduzduqları matçı şərh edib.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, oyuna pis başladıqlarını deyib:
“2-ci dəqiqədə qol buraxdıq, şokdan yeni ayılmışdıq ki, ikinci qolu buraxdıq, daha sonra 3-cü qolu qapımızda gördük. Ardınca oyuna nəzarət etdik, qollar vurduq. Zədələr bizi çox sıxır. Son məşqdə zədə alan Dieqo Martins də oyunda iştirak edə bilmədi. Səhvlər üzərində işləmək və güclənmək lazımdır”.