Premyer Liqanın 17-ci turunun açılış matçında “Rəvan” bu gün “İnter”i qəbul edəcək.
İdmanxeber.com-un məlumatına görə, “Rəvan” bu qarşılaşmada hücumçusu Tural Qürbətovun da xidmətindən yararlana bilməyəcək. Buna səbəb futbolçunun müqavilə ilə “İnter”ə məxsus olması və icarə əsasında “Rəvan”da çıxış etməsidir. “Bankirlər” müqaviləyə xüsusi bənd əlavə edib ki, Qürbətov “İnter”ə qarşı oynaya bilməz.
“Aslanlar”ın daha iki futbolçusu Novruz Məmmədov və Şeriff Suma isə cəzalı olduqları üçün matçı buraxmalı olacaq.
Qeyd edək ki, qarşılaşma saat 20:30-da “Bayıl Arena”da baş tutacaq.