Son günlər “Lester Siti”nin futbolçuları Ceymi Vardi və Riyad Mahrezin yanvarda klubdan ayrılacağı haqda şayələr yayılmaqdadı.
İdmanxeber.com-un məlumatına görə, ingilislərin baş məşqçisi Klaudio Ranyeri məsələyə aydınlıq gətirib.
O, İngiltərə Premyer Liqası XVI turunda “Çelsi”yə qarşı keçirdikləri oyundan sonra (2:1) jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis bildirib ki, Vardi və Mahrez olduqca dəyərli futbolçulardı:
“Nə Mahrez, nə də Vardi yanvarda bizdən ayırlmayacaq. Bu futbolçuları heç kim transfer etmək gücündə deyil. Çünki onlar hələki qiymətsizdilər. Və bu futbolçulara məbləğ demək fikrində deyiləm”.