23 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” azarkeşləri “Napoli”, “Beşiktaş”, “Sevilya” fanatlarını qabaqladı (SİYAHI)

UEFA Avropa Liqasının qrup mərhələsi oyunlarını izləyən azarkeşlərin sayını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsindəki 144 matçı 2 milyon 661 min 971 tamaşaçı izləyib.

Üç ev oyununu 83200 tamaşaçı izləyən "Qarabağ" ən çox azarkeş toplayanan komandaların siyahısında yer alıb. Ağdam klubunun oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda orta hesabla 27733 azarkeş izləyib.

Avropa Liqasındakı digər təmsilçimiz "Qəbələ"nin ev oyunlarına isə ümumilikdə 18300 tamaşaçı gəlib.

İlk pillədə hər ev oyununa orta hesabla 55803 nəfər azarkeş gələn Dortmund "Borussiya"sıdı.

Avropa Liqasının qrup mərhələsində ən çox azarkeş toplayan 10 klub:

1. "Borussiya" (Dortmund, Almaniya) – 55803

2. "Ayaks" (Hollandiya) – 48282

3. "Şalke" (Almaniya)  – 45603

4. "Liverpul" (İngiltərə) – 40909

5. "Seltik" (Şotlandiya) – 40840

6. "Rapid" (Avstriya) – 36800

7. "Atletik" (Bilbao, İspaniya) – 35723

8. "Fənərbağça" (Türkiyə) – 35388

9. "Tottenhem" (İngiltərə) – 31355

10. "Qarabağ" (Azərbaycan) – 27733


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43