“İstefa məsələsinə şərhim yoxdur. Oyundan öncə Sergey Zenyovla danışmışdıq, zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd Zenyovu zədədən qorumaq idi”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 17-ci turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Ukraynalı mütəxəsis bu oyunu qarşıdakı günlərdə təhlil edəcəyini vurğulayıb:
“Mən futbolçulara təşəkkür edirəm, oyunu isə qarşıdakı günlərdə təhlil edəcəyik. İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər, ikinci hissədə isə belə hal yaşanmadı”.