“Çempionatın liderinə qarşı yaxşı oynadıq. Maraqlı mübarizə izlədik. Hər tərəf fərqlənməyə çalışdı”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay deyib.
“Qarabağ”la 1:1 barədə danışan ukraynalı legioner Dodonun qaçırdığı penalti epizodu barədə də danışıb:
“O qol olsaydı… Oyunun sonrakı hissəsində nələrin baş verəcəyini bilmək çətin olardı. Futboldu bu, bilmək olmur, bəlkə mən də vura bilməyəcəkdim”.