Bakının “İnter” klubunun Türkiyədə təlim-məşq toplanışı keçirəcəyi dəqiqləşib.
İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi yanvarın 3-dən 23-nə qədər Türkiyənin Antalya şəhərində toplanışda olacaq.
Bank klubu Türkiyədə 4 yoxlama matçı keçirəcək. Komanda Almaniyanın “Verder” klubunun ikinci komandası ilə qarşılaşacaq. Oyun yanvarın 12-də keçiriləcək.