Məşhur italiyalı futbolçu Mauro Kamoranezinin yeni iş yeri məlum olub.
İdmanxeber.com-un məlumatına görə, 39 yaşlı mütəxəssis Argentinanın “Tiqre” klubuna baş məşqçi təyin edilib. Kamoranezi “Tiqre” ilə 1.5 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Kamoranezi 8 il “Yuventus”un şərəfini qoruyub və bir çox klubların uğurları üçün çalışıb.