Madridin “Real” klubu qışda göndəriləcək Xeseyə əvəzləyici tapıb.
İdmanxeber.com-un məlumatına görə, “kral klubu” İngiltərə Premyer Liqasında “at oynadan” “Lester”in hücumameyilli yarımmüdafiəçisi Riyad Mahrezin transferi üçün hərəkətə keçib.
Premyer Liqanın cari mövsümündə 16 matçda 13 qol vurub, 7 məhsuldar ötürmə edən Mahrezin transferi üçün qarşı tərəflə danışıqlara başlanıldığı bildirilir.
Qeyd edək ki, əlcəzairli futbolçuya “Arsenal”, “Mançester Yunayted” və “Tottenhem” də yaxından maraq göstərir.