"Yuventus" Dortmund "Borussiya"sının türkəsilli futbolçusu İlkay Gündoğanı heyətinə qatmağa çalışır.
İdmanxeber.com-un məlumatına görə, "qoca sinyora" bu transfer üçün almanlara 30 milyon avro ödəməyə hazırdı. Bu barədə "La Gazzetta dello Sport" xəbər yayıb.
"Borussiya" isə 25 yaşlı futbolçunu buraxmaq niyyətində deyil.
Qeyd edək ki, Gündoğan bu mövsüm Bundesliqada 17 matçda iştirak edib, bir məhsuldar ötürmə ilə yadda qalıb.