“Qəbələ”dən ayrılan futbolçu Georgi Floresku karyerasını vətənində davam etdirə bilər.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli yarımmüdafiəçi ilə Rumıniyanın bir neçə klubu maraqlanır.
Onun “Astra” ilə anlaşacağı daha real görünür. Amma Floresku hələ qərar verməkdə tələsmək istəmir. Onun yeni komandasının adına yaxın günlərdə aydınlıq gələcək.