"Beşiktaş" Ukrayna "Dnepr"də top qovan iki futbolçu ilə razılığa gəlib.
İdmanxeber.com-un məlumatına görə, "qara qartal" Dnepropetrovski təmsilçisindən qapıçı Boyko və müdafiəçi Duqlasın transferini böyük ölçüdə həll edib.
Türkiyə mediasında yer alan xəbərdə bildirilir ki, "Beşiktaş" hər iki futbolçunun transferini demək olar ki, bitirib.
Sözügedən futbolçular gələn ay "Beşiktaş"la müqavilə imzalayacaq.