“Qəbələ”nin braziliyalı futbolçusu Dodo ölkəsinin mətbuatına açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, “sambaçı” Avroliqadan danışaraq, əsas hədəflərinin Azərbaycan çempionu olmaq olduğunu bildirib:
“Avropa Liqasının qrup mərhələsindəki çıxışımızdan sonra yeni arzu ilə yaşayıram. Bu uğurda bütün oyunçuların əməyi oldu. Mən də Avropa Liqasında bacardığımı etdim, çalışdım ki, yüksək səviyyədə oyun nümayiş etdirim.
Hazırda 1-ci pillədən bir az uzaqlaşmışıq. Amma rəqabət apararaq hər şey edə bilərik. Biz bu uğurun arzusu ilə yaşayırıq. Lakin Azərbaycana qayıdana qədər ailəmlə birlikdə vaxt keçirmək istəyindəyəm”.