PFL 9 kluba xəbərdarlıq edib.
Premyer Liqada çıxış edən 10 klubdan 9-nun quruma borcu var. Yalnız "Qarabağ" xaric borcu olan 9 komanda fevrala kimi borcunu ödəməlidi.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev İdmanxeber.com-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:
"9 klubun PFL-ə borcu var. "Qarabağ" xaric digər komandalara xəbərdarlıq olunub. Klublar mütləq borcları ödəməlidi. Əks halda onlar cəzalar gözləyir. Lisenziya iki cürdü, var daxili çempionatda oynamaq üçün, bir də var avrokubvoklarda iştirak emtək üçün. Klub lisenziyanı almaq istəyirsə borcunun olmadığını göstərməlidi. Borcu olarsa lisenziya ala bilməyəcək. Əgər pullar ödənilməsə, həm lisenziya ilə bağlı problem yaşayacaqlar, həm də klubların xalları silinəcək”.
Bir çox klublarda maliyyə vəziyyətinin yaxşı olmaması onların bu borcu ödəyə bilməyəcəyi anlamına gəlir. PFL rəsmisi klublara güzəşt edilib-edilməyəcəyi ilə bağlı fikir yürütməyib:
"Onunla bağlı konkret nə isə deyə bilməyəcəm".