26 Dekabr 2024
Ölkə futbolu

“Əlincə” haqqında sujet hazırlandı (VİDEO)

"Əlincə" Futbol Klubunda 2015-ci ilin yekunları ilə bağlı tədbir keçirilib. İl ərzində fərqlənən futbolçulara klub rəhbərliyi tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Futbol Akademiyasında keçirilən tədbirdə klubun fəxri Prezidenti Hacı Məhərrəm Novruzov, klubun prezidenti Elşad Kəlbəliyev, icraçı direktor Ceyhun Abbasov, baş məşqçilər Vasif Haqverdiyev, Cəfər Hüseynov, "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov, futbolçular – Ruslan Abışov, Aqil Məmmədov, Şəhriyar Əliyev, milli komandanın keçmiş qapıçısı Cahangir Həsənzadə və futbol ictimaiyyətinin digər tanınmış nümayəndələri iştirak ediblər.  Klub rəsmiləri çıxış edərək "Əlincə" akademiyasının ölkə futboluna verdiyi tövhədən danışıblar. Qeyd olunub ki, "Əlincə" Futbol Klubu il ərzində yüksək nailiyyətlər əldə edib.

Masazır qəsəbəsində uşaq, yeniyetmə və gənc futbolçular üçün hər cür şəraitin yaradıldığını deyən klub rəsmiləri bundan sonra da Azərbaycan futbolunun inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Hacı Məhərrəm Novruzov "Qurtuluş 93" Yaşayış Kompleksində bir çox futbol meydançaları ilə yanaşı UEFA nümayəndələri tərəfindən yüksək qiymətləndirilən 13 minlik tamaşaçı tutumuna malik təbii ot örtüklü stadionun fəaliyyət göstərdiyini qeyd edib. Fəxri prezident möhtəşəm arenanın ölkəmizdə keçiriləcək 17 yaşlı futbolçuların Avropa çempionatının oyunlarını qəbul edəcək stadionlardan biri kimi seçildiyini də xüsusi vurğulayıb.

Tədbirin sonunda isə 2015-ci ilin yekunlarına əsasən "Əlincə" Futbol akademiyasında fərqlənən futbolçulara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. "İlin tapntısı" nominasiyasında klubun 11 yaşlı futbolçulardan ibarət komandasından Ayxan Mustafazadə və Əli Məmmədli fərqləniblər. "İlin qapıçısı" Rza Cəfərov, "İlin ən yaxşı müdafiəçisi" Zahid Mərdanov, "İlin ən yaxşı yarımmüdafiəçisi" Şakir Seyidov, "İlin ən yaxşı hücumçusu" Tahir Zeynalov, "İlin ən yaxşı futbolçusu" adına Zahid Mərdanov layiq görülüb. "İlin ən yaxşı qolu" nominasiyasında 2003-cü illərdən Nihad Cəfərov, 2000-ci illərdən isə Əli Hacıyev seçilib. Gülağa Əsədov (2003) və Emil Rzayev (2000) "İlin ən yaxşı qol ötürməsi" edən futbolçuları olublar.

Klubumun fərxi prezidenti Hacı Məhərrəm Novruzov "İlin adamı" , klubun prezidenti Elşad Kəlbəliyev "İlin başqanı" , klubun icraçı direktoru Ceyhun Abbasov isə "İlin ən yaxşı iş icraçısı" olub. Türkiyənin "Fənərbağça" klubuna transfer olunun fəxrimiz Turan Vəlizadə isə "ilin ən yaxşı transferi" nominasiyası üzrə təltif edilib. "İlin ən intizamlı" futbolçusu nominasiyası üzrə" qalib adını da U-16 komandamızın kapitanı Zahid Mərdanov seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43