30 Dekabr 2024
Kateqoriyasız

Hakimlərin Türkiyə toplanışının ləğvinin səbəbi açıqlandı

Azərbaycanın futbol hakimlərinin Türkiyənin Antalya bölgəsində keçirilməsi nəzərdə tutulan ənənəvi qış təlim-məşq toplanışı ləğv olunub.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

O bildirib ki, toplanış Bakıda keçiriləcək. X.Məmmədovun sözlərinə görə, hakimlər qış toplanışı paytaxtda keçirəcək Premyer Liqa klublarının yoxlama görüşlərini idarə edəcəklər: “Bizə lazım olan oyunların olmasıdır. Klublarımızdan bir neçəsi Bakıda qalacaq. İnanıram ki, hakimləri sınaqdan keçirmək üçün kifayət qədər oyunlar olacaq”.

X.Məmmədov Antalya toplanışının ləğv olunması səbəblərini də açıqlayıb: “Çətinliklər var. Amma bir amili də nəzərə almaq lazımdır ki, Rusiya-Türkiyə münasibətlərinə görə, rusların xeyli sayda klubu Türkiyəyə gəlməyəcək. Bu da qış təlim-məşq toplanışı üçün Antalyaya az sayda komandanın gəlcəyini deməyə əsas verir. Üstəlik planın dəyişməsinə dolların məzənnəsinin qalxması da səbəb olub”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43