“Beşiktaş” Ukraynanın “Dnepr” klubundan Boyko və Duqlas transferlərini gerçəkləşdirə bilmir.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb Dneprepetrovski təmsilçisinin rəhbəri İhor Kolomoyskinin Rusiya banklarındakı pulunun yoxlanılmasıdı. Məsələ burasındadır ki, Vlodimir Putin siyasətini dəstəkləməyən Kolomoyskinin banklardakı hesabları yoxlanılır. Elə buna görə də, “Beşiktaş”ın iki futbolçu üçün təklif etdiyi 6 milyon avroluq mesaj klub rəhbərliyinə çatdırılmayıb.
Hələ də bu futbolçular üçün edilən təklifdən “Dnepr”in prezidenti xəbərsizdi.