Qış fasiləsində “Qarabağ”dan ayrılaraq “Teplitsa” (Çexiya) klubuna transfer olunan makedoniyalı müdafiəçi Vladimir Dmitrovski Çexiya mətbuatına müsahibə verib.
İdmanxeber.com-un məlumatına görə, o, müsahibədə “Qarabağ”da ehtiyatda qalmasından narazılıq ifadə edib.
“Son üç ay yarım müddətində “Qarabağ”da oldum. Hansı ki, ehtiyatda qalmağımdan narazı idim. Ona görə də “Teplitsa”dan təklif alanda, bunun mənim üçün yaxşı seçim olub-olmayacağını düşünmədim. “Qarabağ”la qarşılıqlı razılığa gəldim və tezliklə Çexiya klubuna keçdim.
Əgər layiqəmsə, düşünürəm ki, “Qarabağ”la müqayisədə “Teplitsa”da daha çox oynayacam. İntensiv məşqlər edərək bu şansı əldə etməyə çalışacam. Ümid edirəm ki, baş məşqçi mənə oynamaq şansı verəcək və mən də öz növbəmdə komandanın turnir cədvəlində irəliləməsinə kömək edəcəm.”