03 Yanvar 2025
Kateqoriyasız

Millimiz “Antalya Cup” turnirində iştirak edəcək

Millimiz “Antalya Cup” turnirində iştirak edəcək

Yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq.

İdmanxeber.com-un  AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesi çərçivəsində yığmamız “Antalya Cup” turnirində iştirak edəcək.

Azərbaycan yığması ilə yanaşı, turnirdə Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları mübarizə aparacaq.

Püşkü yanvarın 20-də atılacaq turnirin oyunları yanvarın 22-də, 24-də, 26-da və 28-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43