Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının "İnter" klubu bu gün ilk yoxlama oyununu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, "bankirlər"in 2016-ci ildəki ilk rəqibi Almaniyanın "Verder" klubunun əvəzedici komandası olacaq.
Bremen klubu ilə matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Zaur Svanadzenin komandası Antalyada daha üç yoxlama oyunu keçirəcək. "İnter" yanvarın 15-də "Verder"in əsas komandası ilə, yanvarın 19-da "Slovan"la (Sloveniya), yanvarın 23-də isə Atırau" (Qazaxıstan) ilə qarşılaşacaq.
13 yanvar
Yoxlama oyunu
17:00. "İnter" – "Verder" (əvəzedici komanda) 0:1
"İnter": 79. Georgi Lomaya, 14. Zurab Xizanişvili, 3. Laşa Kasradze, 5. Denis Silva, 30. Abbas Hüseynov, 22. İlkin Qırtımov, 8. Nizami Hacıyev, 24. Fuad Babayev, 10. Elnur Abdullayev, 7. Nika Kvekveskiri, 17. Vüqar Nadirov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 96. Elşən Poladov, 77. Qara Qarayev, 39. Elnur Süleymanov, 45. İlkin Sadıqov, 12. Ruslan Əmircanov, 2. Sərtan Taşkın.