AFFA “Trabzonspor”un daha iki futbolçusunu milliləşdirmək istəyir.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Trabzon təmsilçisinin aşağı yaş qrupları üzrə baş məşqçisi Sadi Tekelioğlu məlumat verib. Futbolçuların adlarını açıqlamayan S.Tekelioğlu onların gələn təklifləri dəyərləndirəcəyini vurğulayıb.
Qeyd edək ki, AFFA bundan əvvəl “Trabzonspor”dan Doğukan Öksüzlə Murat Cem Akpınarı milliləşdirmişdi.