İranın paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçirilib.
İdmanxeber.com-un məlumatına görə, turnirdə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri mübarizə aparıb.
Güləşçilərimiz turniri 2 bürünc medalla başa vurub. Yunan-Roma güləşçilərimizdən Sakit Quliyev 59 kq çəki dərəcəsində turnirin bürünc medalına yiyələnib.
Sərbəst güləşçilərimizdən isə Mircəlal Həsənzadə (57 kq) bürünc medal qazanıb.