Dünən “Kəpəz” qış hazırlığı dövründə ikinci yoxlama oyununu keçirib.
İdmanxeber.com-un klubun saytına istnadən yaydığı xəbərə görə, Yevlax toplanışını səhər məşqi ilə başa vuran komanda Bakıya yollanaraq paytaxtda “Qaradağ Lökbatan”la qarşılaşıb. Görüş Gəncə klubunun məğlubiyyəti ilə yekunlaşıb – 1:2.
Birinci divizion təmsilçisi ilə matçda “sarı-göylər”in təsəlli qoluna Bəxtiyar Soltanov imza atıb.
Əlavə edək ki, yoxlama oyununda baş məşqçi Şahin Diniyev bütün futbolçuları sınaqdan keçirib.