Qazaxıstanın qadınlardan ibarət millisinin üzvü Zarina Turdiyeva intihar edib.
İdmanxeber.com-un məlumatına görə, ölkəsinin “Kayrat” klubunda çıxış edən 1992-ci il təvəllüdlü qızın özünü öldürmə səbəbi hələlik açıqlanmır və araşdırma aparırlır.
Qeyd edək ki, 2006-cı ilə futbolçu karyerasına başlayan Zarina “Kayrat”la yanaşı ölkəsinin “Jetisu” və “Kokşe” klublarında da çıxış edib.