Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb. Hər həftə olduğu kimi bu dəfə də sözügedən yarışlarla bağlı texniki məğlubiyyət qərarları verilib.
(18 yanvar 2016-cı il) U-16 Liqasında “Rəvan” – “Xəzər Lənkəran” matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-15 Liqasının “Təhsil” TFM komandası yarışlarda iştirakdan imtina etməsi haqqında müraciət etmişdir. Bunu nəzərə alaraq həmin klubu U-15 liqasında keçirilən yarışlardan kənarlaşdırılıb, klub oyunların 50%-dən çox oyun keçirdiyinə görə klubun bütün qalmış oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilib.